OUR Technology, LLC.
 
 
 


Bizim təklif etdiyimiz tariflər müştərinin veb-səhifəsinin informasiya təhlükəsizliyini, mütəxəsislərimiz isə rahatlığını təmin edəcək. Bununlada şirkətin və ya qurumun əsas faktoru həll olunmuş olur. Ətraflı...


Hər bir hüquqi və ya fiziki şəxs bizimlə əməkdaşlıq edə bilər. Bütün nailiyyətlər əməkdaşlıqsız mümkün olmazdı. Əməkdaşlığa hazır hər bir hüquqi və ya fiziki şəxs öz imkan və təklifləri haqda info@ourtechnology.net ünvanına göndərə bilər.


Müştərilərə daha yaxşı və peşəkar xidmət göstərmək üçün biz Planetin ən böyük və inkişaf etmiş şirkətləri ilə partnyoruq. Bu şirkətlərin həllərini birləşdirirərək müştəriyə daha geniş seçim imkanları təklif edirik.

 
 

Partnyorlar


 

Dr.Web

1992-ci ildə yaradılan və MDB-nin kompyuter təhlükəsizliyi sahəsində ilk şirkətlərdən biri olan Doktor Vebin strateji məqsədi, bütün müasir tələblərə uyğun antivirus qoruyucu vasitələrinin yaradılması, habelə istifadəçilərin hər növ kompyuter təhlükəsinə qarşı güclü mühafizəsi üçün yeni texnoloji həlləri yaratmaqdır. Şirkət özünün orijinal nüvəsinə, antivirus laboratoriyasına və qlobal virus monitorinq xidmətinə malikdir. Qlobal monitorinq sistemi, Planetin müxtəlif nöqtələrində yerləşən serverlərdən saatlıq yenilənmələr aparır.


Novell

Planetin və Amerikanın ən nəhəng IT korporasiyalarından biri olan, Novell açıq müəssisə korporasiyası kimi Linux üzərində şəbəkə sistemləri və idarəetməsi istehsalçısıdır. Əsası 1979-cu ildə qoyulmuş bu nəhəng korporasiya həmçinin dünyanın ən məşhur Linux distrubitivlərindən biri olan SUSE istehsalçısı və təmənnasız yayılan openSUSE Linuksun sponsorudur. Hal-hazırda şirkətimiz Novell texnologiyaları bazasında SLED, SLES və openSUSE üzrə spektr xidmətlər təqdim edir.


Red Hat

Açıq Müəssisə şirkətlərindən biri olan Red Hat, yetərincə məşhur azad əməliyyat sistemi əsasında qurulmuş GNU/Linux: Red Hat Enterprise Linux, Fedora və digər açıq mənbə PT istehsalçısıdır. Şirkət öz fəaliyyətini 1993-cü ildə başlamış və hal-hazırda 1700 nəfər əməkdaşı və dünya üzrə 27 bölməsi mövcuddur. Bu onu Planetin ən nəhəng GNU/Linux istehsalçılarından birir edir. Analoji olaraq bu şirkətin də Fedora adında əməliyyat sistemi vardır və o azad şəkildə, tam təmənnasız yayılır.


  Copyright © 2004-2009 OUR Technology, LLC. Bütün Hüquqlar Qorunur.
http://www.ourtechnology.net